Azərbaycanın iqtisadiyyat və sənaye naziri İrana gedib

Azərbaycanın iqtisadiyyat və sənaye naziri İrana gedib Səfər İranın rabitə və informasiya texnologiyaları nazirinin dəvəti ilə baş tutub
Xarici siyasət
16 sentyabr 2014 11:04
Azərbaycanın iqtisadiyyat və sənaye naziri İrana gedib

Bakı. 16 sentyabr. REPORT.AZ/ Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev iki ölkə arasında ikitərəfli münasibətlərin genişləndirilməsi və dərinləşdirilməsi yollarını müzakirə etmək üçün Tehrana gedib. Report-un Farsnews İran agentliyinə istinadən verdiyi xəbərə görə, Ş.Mustafayevin üçgünlük səfəri ötən ay Bakıda keçirilən iqtisadi əməkdaşlıq üzrə müştərək Azərbaycan-İran komissiyasının doqquzuncu iclasında əldə edilən razılaşmaların təmin olunması məqsədini daşıyır.

Ş.Müstafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə Azərbaycanın bir sıra nazirlikləri və idarələrin nümayəndələri, o cümlədən Xarici İşlər, Energetika, İqtisadiyyat və Sənaye, Nəqliyyat Nazirliklərinin rəsmiləri, eləcə də Azərbaycanın bir sıra şirkətlərinin, o cümlədən neft-qaz sektorunda fəaliyyət göstərən şirkətlərin nümayəndələri daxildir.

Səfər İranın rabitə və informasiya texnologiyaları naziri, iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-İran komissiyasının həmsədri Mahmud Vayezinin dəvəti ilə baş tutub. 

Son xəbərlər

Orphus sistemi