Yuxarı
    Bağlamaq

    Azərbaycanın ədliyyə naziri Yerli və Regional Hökumət Orqanları Konqresinin sessiyasında çıxış edəcək

    Konqresin növbəti sessiyası oktyabr ayının 14-16-da Strasburqda keçiriləcək

    Bakı. 13 oktyabr. REPORT.AZ/ Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov Avropa Şurasının Yerli və Regional Hökumət Orqanları Konqresinin sessiyasına qatılacaq. "Report" Konqresin mətbuat xidmətinə istinadən xəbər verir ki, F.Məmmədov Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi ilə əlaqədar oktyabr ayının 15-də sessiyada çıxış edəcək. 

    Bundan başqa, oktyabr ayının 14-16-da keçiriləcək Konqres sessiyası zamanı bu il Niderland (19 mart) Ukrayna (25 may) və Gürcüstanda (15 iyun) keçirilən yerli özünüidarəetmə orqanlarına seçkilərə müşahidənin nəticələrinə görə məruzələr, eləcə də Belçikada yerli və regional demokratiya sahəsində vəziyyət haqqında məruzə müzakirə olunacaq. 

    Konqres üzvləri həmçinin Konqresin, Yerli hökumət palatasının və Regionlar Palatasının yeni prezidentlərini seçəcəklər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi