Ayxan Hacızadə çexiyalı spikerə cavab verib: "Ermənistandan qonşularına ərazi iddiasından əl çəkəcəyini soruşmaq daha yaxşıdır"

Ayxan Hacızadə çexiyalı spikerə cavab verib: "Ermənistandan qonşularına ərazi iddiasından əl çəkəcəyini soruşmaq daha yaxşıdır" Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Çexiya parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova cavab verib.
Xarici siyasət
31 Yanvar , 2024 17:19
Ayxan Hacızadə çexiyalı spikerə cavab verib: Ermənistandan qonşularına ərazi iddiasından əl çəkəcəyini soruşmaq daha yaxşıdır
Ayxan Hacızadə

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Çexiya parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamovaya cavab verib.

"Report" xəbər verir ki, bu barədə o "X"də yazıb.

"Çexiya qanunverici orqanının rəhbəri Marketa Pekarova Adamova uydurma erməni rəvayətlərinə əsaslanan məsələləri şərh etmək əvəzinə, erməni ev sahiblərindən Ermənistanın öz konstitusiyasında və qanunvericiliyində nəzərdə tutulmuş qonşularına qarşı ərazi iddialarını nə vaxt aradan qaldıracağını soruşsa, daha məqsədəuyğun olardı" , - o bildirib.

Qeyd edək ki, Marketa Pekarova Adamova İrəvanda Ermənistan parlamentinin sədri ilə birgə mətbuat konfransında Azərbaycanın guya Ermənistanla danışıqlardan çəkinməsi barədə iddialar səsləndirib.

Son xəbərlər

Orphus sistemi