Aygün Attar: "Bakı və Şuşa bəyannamələri çox əhəmiyyətli sənəddir”

Aygün Attar: "Bakı və Şuşa bəyannamələri çox əhəmiyyətli sənəddir” “Qars müqaviləsində qeyd edilib ki, Ermənistan qonşu ölkələrə ərazi iddiasından əl çəkəcəkdi. Mən Azərbaycan Prezidentinin xarici mediaya verdiyi son iki müsahibəsini izlədim. Prezident İlham Əliyev tarixə söykənərək açıqlamalar verdi”.
Xarici siyasət
4 Oktyabr , 2021 10:25
Aygün Attar: Bakı və Şuşa bəyannamələri çox əhəmiyyətli sənəddir”
Aygün Attar

“Qars müqaviləsində qeyd edilib ki, Ermənistan qonşu ölkələrə ərazi iddiasından əl çəkəcək. Mən Azərbaycan Prezidentinin xarici mediaya verdiyi son iki müsahibəsini izlədim. Prezident İlham Əliyev tarixə söykənərək açıqlamalar verdi”.

“Report”un xəbərinə görə, bunu Türkiyə Prezident Administrasiyasının Xarici Siyasət və Təhlükəsizlik Komitəsinin üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin sədri Aygün Attar “Qars Müqaviləsinin 100-cü ildönümündə Cənubi Qafqazda geosiyasi vəziyyət” adlı konfransda çıxışı zamanı deyib.

O bildirib ki, hələ Qars müqaviləsi imzalanan zamandan Ermənistan Türkiyəyə, Gürcüstana və Azərbaycana qarşı torpaq iddialarında olub: “Qars müqaviləsi Ermənistana qarşı Azərbaycanla Türkiyəni güclü edən bir sənəddir. Şuşa Bəyannaməsi də Azərbaycan və Türkiyə münasibətlərinin yeni mərhələyə qədəm qoyması deməkdir. Bakı Bəyannaməsi isə Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin bir araya gələrək imzaladığı sənəddir. Bakı və Şuşa bəyannamələri çox əhəmiyyətli bir sənəddir”.

Son xəbərlər

Orphus sistemi