Avstriya xarici işlər naziri: "Şərq Tərəfdaşlığı" özünü doğrultmur"

Avstriya xarici işlər naziri: "Şərq Tərəfdaşlığı" özünü doğrultmur" Şərq Tərəfdaşlığı əməkdaşlıq formatı artıq özünü doğrultmur.
Xarici siyasət
163
3 May , 2022 11:41
Avstriya xarici işlər naziri: Şərq Tərəfdaşlığı özünü doğrultmur

Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq hesab edir ki, "Şərq Tərəfdaşlığı" əməkdaşlıq formatı artıq işləmir.

"Report" xəbər verir ki, o, bu barədə "Financial Times"a müsahibəsində bildirib.

"Şərq Tərəfdaşlığı" işləmir. O, mövcud deyil. Biz Aİ-nin qonşuluq siyasətinin bütün konsepsiyasına yenidən baxmalıyıq", - Şallenberq bildirib.

Rusiyanın revanşist təhdidlərilə üz-üzə qalan Ukrayna, Moldova kimi ölkələrin gələcəyinə toxunan Avstriya rəsmisi qeyd edib: “Boşluq ola bilməz. Ya bizim, ya da başqalarının modeli olacaq”.

Xatırladaq ki, Aİ tərəfindən 2009-cu ildən tətbiq olunmuş "Şərq Tərəfdaşlığı" proqramının məqsədi Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna ilə əməkdaşlığı gücləndirmək olub.

Son xəbərlər

Orphus sistemi