Yuxarı
    Bağlamaq

    Avstriya parlamentinin vitse-spikeri Bakıya gəlib

    Karlhaynts Kopf Avropa Oyunlarının rəsmi açılış mərasimində iştirak edəcək

    Bakı. 12 İyun. REPORT.AZ/ “Bakı-2015” ilk Avropa Oyunlarının rəsmi açılış mərasimində Avstriya parlamentinin vitse-spikeri Karlhaynts Kopf da iştirak edəcək.

    İyunun 12-də Karlhaynts Kopf bu məqsədlə Azərbaycana gəlib.

    "Bakı 2015" Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya idman növü, dördü qeyri-olimpiya idman növü olacaq. Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.

    On bir idman növü 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə Oxatma, Yüngül atletika, Boks, Velosiped idmanı, Atıcılıq, Üzgüçülük, Stolüstü tennis, Taekvondo, Triatlon, Güləş və Voleybol daxildir.

    Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitələri (AOK) tərəfindən Bakı şəhərinə həvalə olunmuşdur. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) AOK ilə əməkdaşlı şəkildə Oyunları təşkil və idarə edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi