Avstriya Milli Şurasının sədri: "Azərbaycan Avropa üçün mühüm iqtisadi tərəfdaş, etibarlı enerji təchizatçısıdır"

Avstriya Milli Şurasının sədri: "Azərbaycan Avropa üçün mühüm iqtisadi tərəfdaş, etibarlı enerji təchizatçısıdır" "Azərbaycan Avropa üçün mühüm iqtisadi tərəfdaş, etibarlı enerji təchizatçısıdır".
Xarici siyasət
20 iyun 2023 14:04
Avstriya Milli Şurasının sədri: Azərbaycan Avropa üçün mühüm iqtisadi tərəfdaş, etibarlı enerji təchizatçısıdır

"Azərbaycan Avropa üçün mühüm iqtisadi tərəfdaş, etibarlı enerji təchizatçısıdır".

"Report" xəbər verir ki, bunu Avstriya Milli Şurasının sədri Volfqanq Sobotka Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə deyib.

O, iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluğunu bildirib: "Azərbaycan və Avstriya arasında əməkdaşlığın böyük potensialı var. Xüsusilə iqtisadi əlaqələri daha da gücləndirə bilərik".

V.Sobotka həmçinin Avstriyanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyinə göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.

Son xəbərlər

Orphus sistemi