Avstraliyanın Pert şəhərində Azərbaycanın Fəxri Konsulluğu açılacaq

Avstraliyanın Pert şəhərində Azərbaycanın Fəxri Konsulluğu açılacaq Milli Məclisin deputatları Avstraliyaya gedəcək
Xarici siyasət
13 Oktyabr , 2016 18:38
Avstraliyanın Pert şəhərində Azərbaycanın Fəxri Konsulluğu açılacaq

Bakı.14 oktyabr. REPORT.AZ/ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri Səməd Seyidov, Avstraliya və Yeni Zelandiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyev və qrupun üzvü Asim Mollazadə oktyabrın 15-dən 24-dək Avstraliyada səfərdə olacaqlar.

Bu barədə "Report"a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Deputatlar burada Pert şəhərində Azərbaycanın Fəxri Konsulluğunun açılış mərasimində və Qərbi Avstraliyada Azərbaycanın Avstraliyadakı səfirliyi tərəfindən təşkil edilmiş Azərbaycanın müstəqilliyinin 25 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edəcəklər. 

Səfər müddətində nümayəndə heyətinin parlament və hökumət üzvləri ilə bir sıra görüşləri də nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi