​Avstraliya Parlamentinin üzvləri Baş Prokurorluqda olublar

​Avstraliya Parlamentinin üzvləri Baş Prokurorluqda olublar Görüşdə vətəndaşların seçki hüququnun etibarlı təmin edilməsi məsələləri ilə bağlı müzakirələr aparılıb
Xarici siyasət
28 Oktyabr , 2015 19:33
​Avstraliya Parlamentinin üzvləri Baş Prokurorluqda olublar

Bakı. 28 oktyabr. REPORT.AZ/ Bu gün baş prokurorun birinci müavini Rüstəm Usubov Milli Məclisə keçiriləcək seçkiləri müşahidə etmək məqsədilə ölkəmizdə səfərdə olan Lyuk Simpkinsin rəhbərlik etdiyi Avstraliya Parlamentinin üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, R.Usubov qonaqlara ölkəmizdə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirilən mühüm tədbirlər, parlament seçkiləri ilə əlaqədar prokurorluq orqanlarının qarşısında duran vəzifələr barədə ətraflı məlumat verib.

Görüşdə vətəndaşların seçki hüququnun etibarlı təmin edilməsi məsələləri ilə bağlı müzakirələr aparılıb, nümayəndə heyətinin üzvlərini maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi