Avstraliya parlamentinin nümayəndə heyəti MSK sədri ilə görüşüb

Avstraliya parlamentinin nümayəndə heyəti MSK sədri ilə görüşüb MSK sədri ümumxalq səsverməsi (referendum) ərəfəsində parlamentarilərlə görüşdən məmnunluğunu bildirib
Xarici siyasət
23 Sentyabr , 2016 18:58
Avstraliya parlamentinin nümayəndə heyəti MSK sədri ilə görüşüb

Bakı. 23 sentyabr. REPORT.AZ/ Bu il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsini (referendumu) müşahidə etmək üçün Azərbaycanda səfərdə olan Avstraliya parlamentinin nümayəndə heyəti bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb.

MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən "Report"a bildirilib ki, MSK sədri nümayəndə heyətini salamlayaraq, ümumxalq səsverməsi (referendum) ərəfəsində parlamentarilərlə görüşdən məmnunluğunu bildirib və rəhbərlik etdiyi qurumun nüfuzlu beynəlxalq təşkilatlar və xarici ölkələrin ali seçki qurumları ilə ilbəil genişlənən əlaqələrindən söhbət açıb. O deyib ki, beynəlxalq təcrübənin öyrənilməsi seçki (referendum) praktikasının təkmilləşməsində və hazırkı inkişaf səviyyəsinə çatmasında mühüm əhəmiyyət kəsb edir.

Səmimi qəbula üçün minnətdarlıqlarını bildirən nümayəndə heyətinin rəhbəri senator Kristofer Bək və Avstraliya parlamentinin üzvləri Azərbaycan Respublikasının seçki və referendum sistemi, seçki komissiyalarının fəaliyyət prinsipləri və ümumxalq səsverməsinə (referenduma) hazırlıqla bağlı görülmüş işlərlə maraqlanıblar. Qonaqların suallarını cavablandıran MSK sədri Məzahir Pənahov ümumxalq səsverməsinin yüksək səviyyədə hazırlanması, azad, ədalətli və şəffaf keçirilməsi üçün həyata keçirilmiş genişmiqyaslı layihələr barədə ətraflı məlumat verib.

Sonra parlamentarilər MSK-nın fəaliyyəti və müxtəlif layihələrlə bağlı atılan addımlarla yaxından tanış olublar.

Görüşdə həmçinin, qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi