Yuxarı
    Bağlamaq

    Avstraliya-Azərbaycan parlamentlərarası Dostluq Qrupunun yeni tərkibi təsdiq edilib

    Hakim Liberallar Partiyasından olan senator Kristofer Bək qrupun sədri vəzifəsinə təsdiq olunub

    Bakı. 13 mart. REPORT.AZ/ Avstraliya parlamentində fəaliyyət göstərən Avstraliya-Azərbaycan parlamentlərarası Dostluq Qrupunun yeni tərkibi təsdiq edilib.

    Azərbaycanın Avstraliyadakı səfirliyindən "Report"a verilən məlumata görə, ümumi sayı 25 nəfərdən ibarət Dostluq Qrupunun tərkibinə həm Senatda (Yuxarı Palata), həm də Nümayəndələr Palatasında (Aşağı Palata) təmsil olunan aparıcı siyasi partiyaların üzvləri daxildir. 

    Səfirlikdən bildirilib ki, bu, Avstraliya parlamentində fəaliyyət göstərən ən çoxsaylı dostluq qruplarından biridir. Məlumata görə, hakim Liberallar Partiyasından olan senator Kristofer Bək (Christopher Back) qrupun sədri vəzifəsinə təsdiq edilib.

    Qeyd edək ki, Azərbaycan Milli Məclisində də 18 millət vəkilindən ibarət Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə İşçi Qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri deputat Xanlar Fətiyevdir.

    Avstraliya-Azərbaycan parlamentlərarası Dostluq Qrupunun sədri Kristofer Bək 2016-cı ilin sentyabr ayında Azərbaycanda keçirilən ümumxalq səsverməsini (referendumu) müşahidə etmək məqsədilə ölkədə səfərdə olub. Bununla yanaşı, o, 2017-ci ilin fevralın 14-də Avstraliya Senatının iclası zamanı Xocalı soyqırımı ilə bağlı bəyanat verib. Bu, Xocalı soyqırımı ilə bağlı Avstraliya parlamentində səsləndirilən ilk bəyanatdır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi