Avropa Xarici İşlər Xidmətinin baş katibinin müavini Azərbaycana gəlib

Avropa Xarici İşlər Xidmətinin baş katibinin müavini Azərbaycana gəlib Görüşlər zamanı Azərbaycan ilə Aİ arasında əməkdaşlığın inkişaf perspektivləri, o cümlədən "Şərq Tərəfdaşlığı" proqramı müzakirə olunacaq
Xarici siyasət
9 Oktyabr , 2017 12:22
Avropa Xarici İşlər Xidmətinin baş katibinin müavini Azərbaycana gəlib

Bakı. 9 oktyabr. REPORT.AZ/ Avropa Xarici İşlər Xidmətinin baş katibinin müavini Jan-Kristof Bellard Azərbaycana gəlib.

"Report" xəbər verir ki, ikigünlük səfər çərçivəsində J.-K.Bellard ölkə rəsmiləri ilə bir sıra görüş keçirəcək, o cümlədən onun Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşü gözlənilir.

Görüşlər zamanı Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında əməkdaşlığın inkişaf perspektivləri, o cümlədən "Şərq Tərəfdaşlığı" proqramı müzakirə olunacaq.

Xatırladaq ki, növbəti "Şərq Tərəfdaşlığı" sammiti noyabrın 24-də Brüsseldə keçiriləcək.

Son xəbərlər

Orphus sistemi