Yuxarı
    Bağlamaq

    ​Avropa Şurası Parlament Assambleyasına yeni prezident seçilib

    Pedro Aqramunt vəzifəsinin icrasına 2016-cı ildən başlayacaq

    Bakı. 28 sentyabr. REPORT.AZ/ İspaniya Parlamentinin deputatı Pedro Aqramunt Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni prezidenti seçilib.

    "Report" xəbər verir ki, P.Aqramunt bu gün AŞPA-nın payız sessiyası çərçivəsində qurumda ən böyük qrup olan Avropa Xalq Partiyasının prezidenti seçilib.

    Bununla da o, 2016-cı ilin yanvar ayından etibarən avtomatik olaraq AŞPA-nın prezidenti olacaq.

    Xatırladaq ki, P.Aqramunt AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi