Avropa Parlamentinin nümayəndə heyəti Azərbaycana səfər etməyi planlaşdırır

Avropa Parlamentinin nümayəndə heyəti Azərbaycana səfər etməyi planlaşdırır Səfər ilin birinci yarısına planlaşdırılır
Xarici siyasət
12 Aprel , 2017 15:40
Avropa Parlamentinin nümayəndə heyəti Azərbaycana səfər etməyi planlaşdırır

Bakı. 12 aprel. REPORT.AZ/ Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin nümayəndə heyəti Azərbaycana səfər etmək niyyətindədir.

"Report" xəbər verir ki, səfər ilin birinci yarısına planlaşdırılır, hələlik səfərin dəqiq tarixi müəyyənləşməyib.

Səfər zamanı nümayəndə heyəti Avropa Parlamenti və Azərbaycan arasında əməkdaşlıq məsələlərini müzakirə etmək məqsədilə bir sıra rəsmi şəxslərlə görüşlər keçirəcək.

Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin nümayəndə heyətinin həmçinin Gürcüstana və Ermənistana səfər edəcəyi də gözlənilir.

Son xəbərlər

Orphus sistemi