Avropa Parlamentinin komitəsi Aİ-ni "Şərq tərəfdaşlığı" ölkələri ilə əlaqələri möhkəmləndirməyə çağırıb

Avropa Parlamentinin komitəsi Aİ-ni "Şərq tərəfdaşlığı" ölkələri ilə əlaqələri möhkəmləndirməyə çağırıb Komitənin tövsiyələri Avropa Parlamentinin plenar iclasında nəzərdən keçiriləcək
Xarici siyasət
11 Oktyabr , 2017 10:31
Avropa Parlamentinin komitəsi Aİ-ni Şərq tərəfdaşlığı ölkələri ilə əlaqələri möhkəmləndirməyə çağırıb

Bakı. 11 oktyabr. REPORT.AZ/ Avropa Parlamentinin Beynəlxalq Əlaqələr Komitəsi Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə və Avropa İttifaqını (Aİ) "Şərq tərəfdaşlığı" proqramı ölkələri ilə əlaqələri möhkəmləndirməyə çağırıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, söhbət ilk növbədə, Aİ ilə Assosiasiya Sazişi imzalamış Gürcüstan, Moldova və Ukraynadan gedir. Bu ölkələr üçün onların gələcəkdə gömrük ittifaqı, ümumi enerji və rəqəmsal bazarlara, eləcə də Şengen zonasına daxil olmalarını asanlaşdırmaq məqsədi ilə proqramlar işlənib hazırlanması nəzərdə tutulur.

Məcburi hüquqi xarakter daşımayan komitənin tövsiyələri Avropa Parlamentinin plenar sessiyasında müzakirə olunacaq.

Qeyd edək ki, 5-ci "Şərq Tərəfdaşlığı" sammiti noyabrın 24-də Brüsseldə keçiriləcək.

Xatırladaq ki, Aİ-nin altı şərq qonşusu - Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarus ilə yaxınlaşmasına istiqamətlənmiş "Şərq tərəfdaşlığı" proqramı 2009-cu ildə başlayıb. Onun təşəbbüskarı qismində Polşa və İsveç çıxış edib.

Son xəbərlər

Orphus sistemi