Avropa Parlamenti Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacaq saziş üzrə tövsiyələr qəbul edib

Avropa Parlamenti Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacaq saziş üzrə tövsiyələr qəbul edib Bakı. 4 iyul. REPORT.AZ/ Avropa Parlamentinin deputatları Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacaq yeni saziş üzrə tövsiyələr qəbul edib.
Xarici siyasət
4 İyul , 2018 18:08
Avropa Parlamenti Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacaq saziş üzrə tövsiyələr qəbul edib

Bakı. 4 iyul. REPORT.AZ/ Avropa Parlamentinin deputatları Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacaq yeni saziş üzrə tövsiyələr qəbul edib. 

Bu barədə "Report" Avropa Parlamentinin Mətbuat xidmətinə istinadən məlumat verir. 

Sənəd 564 səs çoxluğu ilə qəbul edilib, 69 nəfər sənədin əleyhinə səs verib, 47 nəfər isə bitərəf qalıb.

Avropa İttifaqı Şurası, Avropa Komissiyası və Avropa İttifaqının Xarici siyasət xidmətinin rəhbərinə tövsiyə olunub ki, imzalanacaq saziş hər iki tərəfə fayda gətirməli, Azərbaycanda insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi üçün möhkəm təməl yaratmağa kömək etməli, məhkəmə sisteminin islahatını dəstəkləməlidir və s.

Eyni zamanda Avropa Parlamentinin deputatları ümid edirlər ki, danışıqlar tez bir zamanda keçiriləcəyi və bütün əsas şərtlər yerinə yetiriləcəyi təqdirdə, yeni saziş 2019-ci ildə keçiriləcək növbəti Şərq Tərəfdaşlığı sammitindən əvvəl imzalana bilər.

"Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır, Azərbaycan isə Avropa İttifaqı üçün strateji enerji tərəfdaşıdır. Bu sənədlə bizim münasibətlərin çərçivəsini yeniləmək zamanı çatıb", - Avropa Parlamentinin məruzəçisi Norika Nikolay bildirib.

Son xəbərlər

Orphus sistemi