​Avropa Olimpiya Komitəsinin prezidenti Azərbaycanın I xanımına başsağlığı verib

​Avropa Olimpiya Komitəsinin prezidenti Azərbaycanın I xanımına başsağlığı verib “Dünyasını dəyişənlər arasında könüllülərdən birinin və qardaşının olması bizim üçün daha da kədərlidir”
Xarici siyasət
20 May , 2015 16:40
​Avropa Olimpiya Komitəsinin prezidenti Azərbaycanın I xanımına başsağlığı verib

Bakı. 20 may. REPORT.AZ/ Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Azərbaycan Respublikasının birinci xanımı, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya başsağlığı məktubu göndərib. “Report”un xəbərinə görə, məktubda deyilir:

“Bakıda baş vermiş və insan tələfatı ilə nəticələnmiş yanğın hadisəsi barədə xəbər məni son dərəcə sarsıtdı. Bütün Avropa Olimpiya ailəsi adından Sizə dərin hüznlə başsağlığı vermək istərdim. Dünyasını dəyişənlər arasında könüllülərdən birinin və qardaşının olması bizim üçün daha da kədərlidir. Onların ailəsinə dərin hüznlə başsağlığı veririk”.

Son xəbərlər

Orphus sistemi