Avropa Olimpiya Komitəsinin rəhbəri Prezident İlham Əliyevə başsağlığı verib

Avropa Olimpiya Komitəsinin rəhbəri Prezident İlham Əliyevə başsağlığı verib "Bütün Avropa Olimpiya ailəsi adından Sizə dərin hüznlə başsağlığı vermək istərdim"
Xarici siyasət
20 May , 2015 16:52
Avropa Olimpiya Komitəsinin rəhbəri Prezident İlham Əliyevə başsağlığı verib

Bakı. 20 may. REPORT.AZ/ Avropa Olimpiya Komitəsinin rəhbəri Patrik Hikki Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib. 

"Report"un məlumatına görə, P.Hikki məktubunda yazıb ki, Bakıda baş verən və insan tələfatı ilə nəticələnən yanğın hadisəsindən son dərəcə sarsılıb: "Bütün Avropa Olimpiya ailəsi adından Sizə dərin hüznlə başsağlığı vermək istərdim. Dünyasını dəyişənlər arasında könüllülərdən birinin və qardaşının olması bizim üçün daha da kədərlidir. Onların ailəsinə dərin hüznlə başsağlığı veririk".

Son xəbərlər

Orphus sistemi