Avropa Məhkəməsinin Azərbaycan üzrə icraata götürdüyü işlərin sayı iki dəfə azalıb

Avropa Məhkəməsinin Azərbaycan üzrə icraata götürdüyü işlərin sayı iki dəfə azalıb Bakı. 25 yanvar. REPORT.AZ/ Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) ötən il Azərbaycanla bağlı 43 qərar qəbul edib.
Xarici siyasət
25 Yanvar , 2019 11:12
0 : 00
0 : 00

Bakı. 25 yanvar. REPORT.AZ/ Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) ötən il Azərbaycanla bağlı 43 qərar qəbul edib.

“Report” xəbər verir ki, bu barədə AİHM-ın “2018-ci il ərzində fəaliyyətin icmalı” illik hesabatında bildirilir. Müqayisə üçün qeyd edək ki, 2017-ci ildə bu göstərici bundan 2 dəfədən artıq çox olub: Azərbaycan üzrə 97 qərar qəbul edilib.

İcmalda yer alan məlumata əsasən, ötən il ərzində AİHM Azərbaycan üzrə 313 ərizəni icraata götürüb, onlardan 261-i qəbul olunmayıb.

AİHM tərəfindən 2017-cı illə müqayisədə Azərbaycanla bağlı icraata götürülmüş işlərin sayı 2 dəfə azalıb. Müqayisə üçün bildirək ki, 2017-cı ildə Azərbaycan üzrə 679 ərizə icraata götürülmüş, onlardan 210-u qəbul edilməmişdi.

Qeyd edək ki, Azərbaycan Avropa İnsan Hüquqları Konvensiyasına 2001-ci ilin yanvarında qoşulub. İlk iş 2006-cı ildə qəbul olunub. 

Son xəbərlər

Orphus sistemi