Bakı. 20 fevral. REPORT.AZ/ Avropa Komissiyasının enerji ittifaqı məsələləri üzrə vitse-prezidenti Maroş Şefçoviçin Azərbaycana səfərinin proqramı açıqlanıb.
"Report" Avropa İttifaqının mətbuat xidmətinə istinadən xəbər verir ki, Maroş Şefçoviç fevralın 23-də Bakıda keçiriləcək Cənub qaz dəhlizinin Məşvərət Şurasının üçüncü iclasında çıxış edəcək.
Həmçinin, Cənub qaz dəhlizinin Məşvərət Şurasının üçüncü iclası zamanı Avropa Komissiyası vitse-prezidenti Yunanıstanın ətraf mühit və energetika naziri Yorqos Statakislə, İtaliyanın iqtisadi inkişaf naziri Karlo Kalendayla, Türkiyənin energetika və təbii ehtiyatlar naziri Berat Albayrakla, Monteneqronun iqtisadiyyat naziri Draqitsa Sekuliçlə görüşlər keçirəcək.