Yuxarı
    Bağlamaq

    Avropa Komissiyasinin vitse-prezidenti Azərbaycana səfər edəcək

    Maroş Şevçoviç fevral ayında Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi ilə bağlı görüşdə iştirak edəcək

    Bakı. 22 yanvar. REPORT.AZ/ Avropa Komissiyasinin vitse-prezidenti Maroş Şevçoviç Azərbaycana səfər edəcək. Bu barədə "Report"a müsahibəsində Latviya Xarici İşlər Nazirliyinin dövlət katibi Andriys Pildeqoviçs bildirib.

    Dövlət katibi qeyd edib ki, səfərin məqsədi fevral ayında Bakıda keçiriləcək "Cənub Qaz Dəhlizi" ilə bağlı görüşdə iştirak etməkdir. 

    А.Pildeqoviçs vurğulayıb ki, Azərbaycan enerji sahəsi də daxil olmaqla Avropa üçün mühüm tərəfdaşdır.

    Xatırladaq ki, "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının ilk iclası 2015-ci il fevral ayında Bakıda keçiriləcək. Görüşdə layihənin həyata keçirilməsi ilə bağlı konkret tövsiyələr səsləndiriləcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi