Avropa Komissiyasının yeni rəhbəri Azərbaycanla əməkdaşlığı gücləndirməyə çağırıb

Avropa Komissiyasının yeni rəhbəri Azərbaycanla əməkdaşlığı gücləndirməyə çağırıb Avropa Komissiyasının rəhbəri seçilmiş Ursula fon der Lyayen Şərq Tərəfdaşlığı ölkələri ilə əlaqələri möhkəmləndirməyə dair çağırış edib.
Xarici siyasət
11 Sentyabr , 2019 10:47
Avropa Komissiyasının yeni rəhbəri Azərbaycanla əməkdaşlığı gücləndirməyə çağırıb

Avropa Komissiyasının rəhbəri seçilmiş Ursula fon der Lyayen "Şərq Tərəfdaşlığı" ölkələri ilə əlaqələri möhkəmləndirməyə dair çağırış edib.

"Report" "Hungary Today"ə istinadən xəbər verir ki, o, bu barədə genişlənmə üzrə gələcək avrokomissar, Macarıstandan olan namizəd Laslo Troksanyiyə yazdığı məktubda bildirib.

O, Ukrayna, Gürcüstan və Moldova ilə assosiasiya sazişlərinin icrasını sürətləndirməyə çağırıb.

Ursula fon der Lyayen həmçinin Troksanyinin qarşısında "Şərq Tərəfdaşlığı"nın digər üç ölkəsi - Azərbaycan, Belarus və Ermənistan ilə də əlaqələri möhkəmlətmək tapşırığı qoyub, 2020-ci ilin ortalarına qədər uzunmüddətli siyasi hədəflərin yeni paketinin işlənib hazırlanmasının zəruriliyini qeyd edib.

Onun sözlərinə görə, tərəfdaşlığın məqsədləri Avropa İttifaqının imkanları və maraqlarına hörmət edilməklə proqram ölkələrinin siyasi və iqtisadi seçimini əks etdirməlidir.

Xatırladaq ki, Avropa Komissiyasının yeni tərkibi işinə 2019-cu ilin noyabrında başlayacaq.

Son xəbərlər

Orphus sistemi