Avropa komissarı: "Azərbaycan Avropa İttifaqının mühüm tərəfdaşıdır"

Avropa komissarı: "Azərbaycan Avropa İttifaqının mühüm tərəfdaşıdır" "Ölkənin alternativ enerji növləri və turizm sahəsində böyük potensialı var"
Xarici siyasət
1 İyun , 2018 17:20
Avropa komissarı: Azərbaycan Avropa İttifaqının mühüm tərəfdaşıdır
Avropa İttifaqının büdcə və insan resursları üzrə komissarı Günter Ottinger / Report/ Firi Salim

Bakı. 1 iyun. REPORT.AZ/ "Azərbaycan Avropa İttifaqının mühüm tərəfdaşıdır".

"Report" xəbər verir ki, bunu Avropa İttifaqının büdcə və insan resursları üzrə komissarı Günter Ottinger ADA Universitetində mühazirə ilə çıxış edərkən bildirib.

O, tərəflərin bir çox sahələrdə uğurla əməkdaşlıq etdiyini vurğulayıb.

"Şərq Tərəfdaşlığı" layihəsi Azərbaycan-Aİ münasibətlərinin inkişafında mühüm rol oynayır. O cümlədən yeni Saziş üzərində işləyirik. Bundan əlavə, Azərbaycan ilə Aİ arasındakı ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin yarısını təşkil edir", - avrokomissar deyib.

G.Ottinger enerjinin ənənəvi növlərinə hələ 10 il də ehtiyac olacağını əlavə edib və Azərbaycanın bu baxımdan iqtisadiyyatını diversifikasiya etməli olduğunu vurğulayıb. Onun sözlərinə görə, ölkənin alternativ enerji növləri və turizm sahəsində böyük potensialı var.

O həmçinin Cənub Qaz Dəhlizinin açılmasının vacibliyini vurğulayıb: "Bu layihə Azərbaycan ilə Avropa arasındakı münasibətlərin növbəti uğurudur. O, Avropanın enerji təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulub. Əməkdaşlığımız həm də regional təhlükəsizliyin təmin edilməsinə istiqamətlənib".

Son xəbərlər

Orphus sistemi