Avropa İttifaqının Nümayəndəliyi Arif Yunusun ev dustaqlığına buraxılması ilə bağlı qərarı alqışlayıb

Avropa İttifaqının Nümayəndəliyi Arif Yunusun ev dustaqlığına buraxılması ilə bağlı qərarı alqışlayıb "Aİ Azərbaycanla müvafiq dialoq və əməkdaşlığımızı daha da dərinləşdirməyə və onu genişləndirməyə hazırdır"
Xarici siyasət
13 Noyabr , 2015 10:45
Avropa İttifaqının Nümayəndəliyi Arif Yunusun ev dustaqlığına buraxılması ilə bağlı qərarı alqışlayıb

Bakı. 13 noyabr. REPORT.AZ/ Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri səfir Malena Mard Arif Yunusun ev dustaqlığına buraxılması ilə bağlı qərarı alqışlayıb.

Bu barədə "Report"a Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyində bildiriblər.

 "Bakı Apellyasiya Məhkəməsinin tarixçi və insan hüquqları sahəsində fəal Arif Yunus barəsində qətimkan tədbirini dəyişdirib, humanist əsaslarla onun ev dustaqlığına buraxılması qərarını alqışlayıram. Bu, sevindirici hal və müsbət humanist əməldir. Ümumiyyətlə, Aİ Azərbaycanla müvafiq dialoq və əməkdaşlığımızı daha da dərinləşdirməyə və onu genişləndirməyə hazırdır". - M.Mard deyib. 

Son xəbərlər

Orphus sistemi