Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin saytı fəaliyyətə başladı

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin saytı fəaliyyətə başladı Saytda Aİ tərəfindən ölkəmizdə həyata keçirilmiş və ya keçirilən 120-dən çox layihə barədə məlumat yerləşdirilib
Xarici siyasət
18 Fevral , 2021 12:58
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin saytı fəaliyyətə başladı

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi eu4azerbaijan.eu rəsmi saytını təqdim edib.

“Report” xəbər verir ki, saytda Aİ tərəfindən ölkəmizdə həyata keçirilmiş və ya keçirilən 120-dən çox layihə barədə məlumat yerləşdirilib.

Bu məsələni şərh edən Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas bildirib:

“Əməkdaşlığımızın məqdəsi inkişaf naminə Aİ ölkələrinin təcrübəsindən istifadə etməkdir. Hazırda pandemiyanın fəsadlarını aradan qaldırmağa yönəlmiş böyük layihə icra olunur, müddəti də 2-3 ildir. Gələn həftədən isə Azərbaycanla qarşıdakı 7 ildəki əməkdaşlığımızın başlıca hədəflərini müzakirəyə çlıxaracağıq. Birgə çalışarkən daha güclü olacağımıza inanırıq”.

Azərbaycanın müstəqilliyini bərpa edəndən bu yana Aİ ilə tərəfdaşlıq əlaqələri qurulduğunu qeyd edən səfir aradakı münasibətlərin daha da genişləndirərək dərinləşdirməyin vacibliyini söyləyib.

O deyib: “Bu tərəfdaşlığın məğzi nədir? Biz bir yerdə əsas məsələləri müəyyənləşdirib müzakirə etmişik, indi də onları həyata keçirmək üçün birgə çalışırıq. Enerji sahəsində gözəl tərəfdaşlığımız var, Azərbaycan bu sahədə strateji tərəfdaşımızdır. Amma layihə icra etdiyimiz başqa sahələr də var. Məsələn, təhsil sahəsində yaxından əməkdaşlıq edirik, “Erasmus” layihəsi hamıya məlumdur. Həmçinin günü dünən peşə təhsililə bağlı yeni böyük bir layihəyə başlamışıq. Aİ ASAN Xidmətinin yaradılmasına da öz töhfəsini verib. Azərbaycanda regionların inkişafı ilə bağlı, o cümlədən orta və kiçik sahibkarlıq, ailə sahibkarlığı sahəsində də layihələr həyata keçiririk”.

Son xəbərlər

Orphus sistemi