Aİ pandemiya ilə mübarizə sahəsində Azərbaycana dəstəyini davam etdirəcək

Aİ pandemiya ilə mübarizə sahəsində Azərbaycana dəstəyini davam etdirəcək "Avropa İttifaqı COVID-19 pandemiyasının təsiri kontekstində sosial və iqtisadi artım üçün və iqtisadi dirçəliş, dayanıqlılıq naminə birlikdə işləmək məqsədilə Azərbaycana dəstək verməyə davam edəcəkdir".
Xarici siyasət
6 Oktyabr , 2021 14:55
Aİ pandemiya ilə mübarizə sahəsində Azərbaycana dəstəyini davam etdirəcək
Petr Mixalko

"Avropa İttifaqı COVID-19 pandemiyasının təsiri kontekstində sosial və iqtisadi artım üçün və iqtisadi dirçəliş, dayanıqlılıq naminə birlikdə işləmək məqsədilə Azərbaycana dəstək verməyə davam edəcəkdir".

"Report"un xəbərinə görə, bunu Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Petr Mixalko oktyabrın 6-da etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edərkən deyib.

"Zati-aliləri, Avropa İttifaqının Azərbaycan Respublikasına səfiri kimi təyin olunmaq mənim üçün şərəfdir. Mən qarşılıqlı faydalı əməkdaşlıq və ümumi maraqlarımız naminə səylərimi əsirgəməyəcəm. Vəzifələrimin icrasında Zati-alilərinin və Azərbaycan Respublikası hökumətinin dəstəyinə güvənərək ondan faydalanacağıma əminəm və buna görə Sizə minnətdaram", - o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi