Avropa İttifaqı Azərbaycanın COVAX mexanizmində iştirakını yüksək qiymətləndirir

Avropa İttifaqı Azərbaycanın COVAX mexanizmində iştirakını yüksək qiymətləndirir Avropa İttifaqı (Aİ) pandemiya dövründə Azərbaycanı dəstəklədiyi kimi pandemiyadan sonrakı dövrdə də dəstəkləməyə hazırdır.
Xarici siyasət
14 Mart , 2022 11:02
Avropa İttifaqı Azərbaycanın COVAX mexanizmində iştirakını yüksək qiymətləndirir

"Avropa İttifaqı (Aİ) pandemiya dövründə Azərbaycanı dəstəklədiyi kimi pandemiyadan sonrakı dövrdə də dəstəkləməyə hazırdır".

"Report" xəbər verir ki, bunu ADA Universitetində "Şərq Tərəfdaşlığı" proqramının fəaliyyətinə həsr olunmuş tədbirdə çıxış edərkən Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko bildirib.

“İnanıram ki, əməkdaşlığımız möhkəmlənməkdə davam edəcək. Azərbaycanın COVAX mexanizmində iştirakını yüksək qiymətləndiririk”, - o deyib.

Xatırladaq ki, COVAX Vaksinlər və İmmunlaşdırma üzrə Qlobal Alyans və Epidemiyalara hazırlığın təmin olunması sahəsində innovasiyalar üçün Koalisiya ilə birgə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən yaradılan beynəlxalq mexanizmdir.

Son xəbərlər

Orphus sistemi