​Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Azərbaycana səfər edəcək

​Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Azərbaycana səfər edəcək Yohannes Han Bakıya səfərini Şərq tərəfdaşlığı sammitinə qədər həyata keçirməyi planlaşdırır
Xarici siyasət
29 Yanvar , 2015 10:06
​Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Azərbaycana səfər edəcək

Bakı. 29 yanvar. REPORT.AZ/ Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han Azərbaycana Şərq tərəfdaşlığı sammitinə qədər səfər etməyi planlaşdırır. Avrokomissiyanın mətbuat xidmətindən "Report"a bildiriblər ki, səfər aprel ayında baş tuta bilər.

Şərq tərəfdaşlığı proqramı üzrə növbəti sammit mayın 21-22-də Riqada keçiriləcək.

Xatırladaq ki, oktyabrda Avropa parlamenti Avrokomissiyanın yeni tərkibini təsdiq edib. Noyabrın 1-dən etibarən Avstriyalı siyasətçi Yohannes Han Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə komissarı postunda Ştefan Füleni əvəz etmişdi.

Son xəbərlər

Orphus sistemi