Avropa İttifaqının Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsinin Azərbaycana səfəri başlayıb

Avropa İttifaqının Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsinin Azərbaycana səfəri başlayıb Tojvo Klaarın səfəri iki gün davam edəcək
Xarici siyasət
4 Dekabr , 2017 09:14
Avropa İttifaqının Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsinin Azərbaycana səfəri başlayıb
Foto: Эхо Кавказа

Bakı. 4 dekabr. REPORT.AZ/ Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Tojvo Klaarın  Azərbaycana səfəri başlayıb.

"Report"un məlumata görə, xüsusi nümayəndənin səfəri iki gün davam edəcək. 

Səfər çərçivəsində T.Klaar Azərbaycan rəhbərliyi ilə görüşlər keçirəcək.

T.Klaar bu vəzifəyə təyin olunduqdan sonra ilk dəfədir Bakıya gəlir. 

Xatırladaq ki, bu ilin noyabrın 13-də Avropa İttifaqı Şurası onun Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyinatını təsdiqləyib.

T.Klaar 2014-cü il iyulun 8-dən bu vəzifəni tutan səfir Herbert Zalberi əvəz edib.

Son xəbərlər

Orphus sistemi