Yuxarı

Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana gələcək

Qerbert Zalber Azərbaycan və AB münasibətlərinin inkişafını, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivlərini müzakirə edəcək

Bakı. 12 yanvar. REPORT.AZ/ Avropa Birliyinin (AB) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Qerbert Zalber bu həftə Azərbaycana gələcək. AB-nin Azərbaycandakı nümayəndəliyindən "Report"a bildiriblər ki, yanvarın 14-15-də Bakıya səfər çərçivəsində xüsusi nümayəndə ölkə rəhbərliyi ilə bir sıra görüşlər keçirəcək. Həmin görüşlərdə Azərbaycan və AB münasibətlərinin inkişafı, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri müzakirə olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi