Bakı. 11 iyun. REPORT.AZ/ Bu gün bir qrup azərbaycanlı gənc və qeyri-hökumət təşkilatlarının nümayəndələri Avropa İttifaqının (Aİ) Bakı ofisi qarşısında etiraz aksiyası keçirib.
"Report"un məlumatına görə, aksiya iştirakçıları Avropa Parlamentində Azərbaycanla bağlı dinləmələrin keçirilməsinə, Avropa İttifaqının Azərbaycana qarşı apardığı siyasətə etiraz ediblər.
Aksiyada "Avropa İttifaqına ar olsun", "Azərbaycandan əl çəkin", "İdmanı siyasəiləşdirməyin" və digər şüarlar səsləndirilib.
Sonda aksiyanın qətnaməsi oxunub.

