Aİ rəsmisi: "Azərbaycan universitetləri əldə olan vəsaitlərdən düzgün istifadə edərək yaxşı kadrlar hazırlamalıdır"

Aİ rəsmisi: "Azərbaycan universitetləri əldə olan vəsaitlərdən düzgün istifadə edərək yaxşı kadrlar hazırlamalıdır"  ​
Xarici siyasət
1 Mart , 2019 10:49
Aİ rəsmisi: Azərbaycan universitetləri əldə olan vəsaitlərdən düzgün istifadə edərək yaxşı kadrlar hazırlamalıdır
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas / Report/ Elchin Murad

Bakı. 1 mart. REPORT.AZ/ "Daxili bazar üçün yeni müəssisələr açılır, başqa işlər görülür, amma bunların hamısının reallaşdırılması üçün milli kadrlar tələb olunur. Ona görə də Azərbaycan universitetləri əldə olan vəsaitlərdən düzgün istifadə edərək yaxşı kadrlar hazırlamalıdır".

"Report" xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas "Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi" adlı layihənin təqdimatında deyib.

Onun sözlərinə görə, qloballaşma hər kəsi qorxudsa da, yeni yaranan imkanlardan istifadə etmək mütləqdir: "Uşaqlarımıza iki şey - sağlamlıq və təhsil verə bilərik. Layihə də məhz buna hesablanıb". 

"Azərbaycanın ali təhsil müəssisələrinin ən yaxşı universitetlərinin sırasında olması üçün nə etmək olar? Bunun üçün yeni sınaqlar etməməlisiniz. Sadəcə, Avropa ölkələrinin sınaqdan keçmiş yaxşı təcrübələrini istifadə edə bilərsiniz. Avropa İttifaqı ilə qurulan əməkdaşlıq bu gün təhsilə qoyulan sərmayədir və bu, gələcək üçün faydalıdır. Biz Azərbaycanda uzun illər ərzində təhsilin bütün sahələri üzrə işlər görmüşük" - K.Yankauskas əlavə edib. 

Son xəbərlər

Orphus sistemi