Yuxarı
    Bağlamaq

    Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi qarşısında aksiya keçirilib - FOTO

    Aksiyada “Azərbaycanın daxili işlərinə qarışma!”, “Justice for Khojaly”, “Ermənipərəst mövqeyə son qoy!” şüarları səsləndirilib

    Bakı. 12 sentyabr. REPORT.AZ/ Beynəlxalq Diaspor Mərkəzinin (BDM) təşkilatçılığı ilə Avropa Parlamentinin Azərbaycandakı vəziyyətlə bağlı qəbul etdiyi qətnaməyə etiraz əlaməti olaraq Avropa İttifaqının Azərbaycandakı (Aİ) nümayəndəliyi qarşısında aksiya keçirilib. “Report”un xəbərinə görə, aksiyada Avropa Parlamentinin Azərbaycana qarşı yürütdüyü anti-Azərbaycan mövqeyinə və ikili standartlara etiraz edilib.

    Aksiyada “Azərbaycanın daxili işlərinə qarışma!”, “Justice for Khojaly”, “Ermənipərəst mövqeyə son qoy!”, “Avroparlament reallıq hissini itirib!”, “ATƏT ermənipərəstdir!” şüarları səsləndirilib.

    Aksiyada Azərbaycanla yanaşı, Türkiyənin də dövlət bayrağı dalğalandırılıb.

    Aksiyanın qətnaməsi oxunduqdan sonra sənəd Aİ-nin Azərbaycandakı nümayəndəliyinə təqdim edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi