Avropa İttifaqının Azərbaycana yeni təyin olunmuş səfiri Bakıya gəlib

Avropa İttifaqının Azərbaycana yeni təyin olunmuş səfiri Bakıya gəlib Kestutis Yankauskas etimadnaməsinin surətini Azərbaycan XİN başçısına təqdim edib
Xarici siyasət
11 Sentyabr , 2017 17:17
Avropa İttifaqının Azərbaycana yeni təyin olunmuş səfiri Bakıya gəlib

Bakı. 11 sentyabr. REPORT.AZ/ Avropa İttifaqının (Aİ) Azərbaycana yeni təyin olunmuş səfiri Kestutis Yankauskas Bakıya gəlib. 

Azərbaycan XİN-dən "Report"a verilən məlumata görə, Aİ-nin Azərbaycan Nümayəndəliyinin yeni rəhbəri bu gün etimadnaməsinin surətini xarici işlər naziri Elmar Məmmədyarova təqdim edib.

E.Məmmədyarov Kestutis Yankauskası Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri qismində fəaliyyətə başlaması münasibətilə təbrik edib.

Səfir bfəaliyyəti dövründə Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlığın inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə Azərbaycan-Avropa İttifaqı arasında tərəfdaşlıq sazişi üzrə danışıqlar prosesinin növbəti mərhələsi ilə bağlı müzakirə aparılıb. Danışıqlar prosesinin konstruktiv və qarşılıqlı anlaşma şəraitində aparılmasından məmnunluq ifadə olunub. Aİ ilə Azərbaycan arasında enerji, nəqliyyat, mülki aviasiya və humanitar sahədə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin və Ermənistanın Azərbaycana qarşı davam edən işğalçılıq siyasətinin region üçün əsas təhdid olduğunu deyən nazir münaqişənin həlli üzrə aparılan danışıqlar prosesi haqqında məlumat verib.

Qeyd edək ki, K.Yankauskas bu vəzifədə Malena Mardı əvəzləyib. 

Son xəbərlər

Orphus sistemi