​Avropa İttifaqının ali nümayəndəsi Azərbaycan prezidentinin əfv sərəncamını alqışlayıb

​Avropa İttifaqının ali nümayəndəsi Azərbaycan prezidentinin əfv sərəncamını alqışlayıb Moqerini: "Bu müsbət addımdır, bu məsələ mənim Azərbaycana səfərim zamanı müzakirə olunub"
Xarici siyasət
17 Mart , 2016 23:31
​Avropa İttifaqının ali nümayəndəsi Azərbaycan prezidentinin əfv sərəncamını alqışlayıb

Bakı. 17 mart. REPORT.AZ/ Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini bu gün Azərbaycan prezidenti İlham Əliyev tərəfindən imzalanan əfv sərəncamını alqışlayıb.

"Report" xəbər verir ki, bu barədə Avropa İttifaqının mətbuat xidmətinin məlumatında bildirilir.

"Bu gün Azərbaycan prezidenti Novruz bayramı münasibəti ilə aralarında siyasi partiya və QHT nümayəndələri, həmçinin jurnalistlərin olduğu 148 nəfəri əfv edib. Bu müsbət addımdır, bu məsələ mənim fevralın 29-da Azərbaycana səfərim zamanı müzakirə olunub", - deyə F. Moqerininin bəyanatında bildirilir.

Ali nümayəndə ümid etdiyini bildirib ki, gələcəkdə də bu istiqamətdə addımlar atılacaq.

"Müstəqil və rəngarəng vətəndaş cəmiyyəti ölkənin rifahı və onun stabilliyi üçün mühüm töhfədir", - deyə Moqerini söyləyib. 

Son xəbərlər

Orphus sistemi