​Avropa İttifaqı ÜTT-yə üzv olmaqda Azərbaycana kömək etməyə hazırdır

​Avropa İttifaqı ÜTT-yə üzv olmaqda Azərbaycana kömək etməyə hazırdır Latviya XİN: "Biz əməkdaşlığın səviyyəsini müəyyən etmək istəyirik"
Xarici siyasət
8 May , 2015 06:49
​Avropa İttifaqı ÜTT-yə üzv olmaqda Azərbaycana kömək etməyə hazırdır

Bakı. 8 may. REPORT.AZ/ "Avropa İttifaqı Ümumdünya Ticarət Təşkilatına daxil olmayan "Şərq tərəfdaşlığı"na üzv ölkələrin bu təşkilata daxil olmasına kömək etməyə hazırdır".

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Avropa İttifaqına (Aİ) sədrlik edən Latviyanın xarici işlər naziri Edqar Rinkeviç bildirib.

"Biz ümumi maraqlara cavab verən əməkdaşlıq səviyyəsini müəyyən etmək üçün Ermənistan, Belarus və Azərbaycandan olan tərəfdaşlarımızla işləmək istəyirik. Biz, həmçinin hələ də ÜTT-yə üzv olmayan ölkələri bu təşkilata daxil olmaq yolunda dəstəkləməyə hazırıq. Biz tərəfdaşlarımızla görüşdüyümüzdə bunu təklif edirik", — deyə nazir qeyd edib.

O, həmçinin ümid edir ki, Aİ Azərbaycan ilə iqtisadi əməkdaşlıq və azad ticarət sahəsində əməkdaşlığı özündə əks etdirə biləcək yeni əməkdaşlıq çərçivələri üzərində işi bərpa edə biləcək.

Aİ-nin Şərq tərəfdaşları Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukraynadır. Onlardan yalnız Azərbaycan və Belarus ÜTT-yə üzv deyil.

Son xəbərlər

Orphus sistemi