Aİ "Şərq Tərəfdaşlığı" ölkələrinin ərazi bütövlüyü və suverenliyini dəstəklədiyi haqqında bəyanat verib

Aİ "Şərq Tərəfdaşlığı" ölkələrinin ərazi bütövlüyü və suverenliyini dəstəklədiyi haqqında bəyanat verib "Şərq Tərəfdaşlığı" sammitinin yekun bəyannaməsi qəbul edilib
Xarici siyasət
22 May , 2015 17:06
Aİ Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyü və suverenliyini dəstəklədiyi haqqında bəyanat verib

Bakı. 22 may. REPORT.AZ/ Riqada IV "Şərq Tərəfdaşlığı" sammiti başa çatıb. "Report" xəbər verir ki, iclasın yekunlarına dair bəyannamə imzalanıb. 

Latviyanın baş naziri Laymdota Strayuma sammitin yekunları ilə bağlı mətbuat konfransında bildirib ki, Riqa sammiti "Şərq Tərəfdaşlığı" proqramının inkişafına yeni təkan verəcək. 

Onun sözlərinə görə, yekun bəyannamədə Aİ-nin "Şərq Tərəfdaşlığı" proqramının bütün ölkələrinin ərazi bütövlüyü və suverenliyinə dəstək əks olunub.  

"Şərq Tərəfdaşlığı"nın növbəti sammiti 2017-ci ildə keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi