Avropa İttifaqı "Şərq Tərəfdaşlığı" ölkələri regionunda həll olunmamış münaqişələrə görə narahatdır

Avropa İttifaqı "Şərq Tərəfdaşlığı" ölkələri regionunda həll olunmamış münaqişələrə görə narahatdır "Onların həlli üçün beynəlxalq ictimaiyyətin səyləri lazımdır"
Xarici siyasət
21 Noyabr , 2017 17:11
Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələri regionunda həll olunmamış münaqişələrə görə narahatdır

Bakı. 21 noyabr. REPORT.AZ/ "Azərbaycan "Şərq Tərəfdaşlığı"nın Riqada baş tutan keçmiş sammitindən bəri əhəmiyyətli tərəqqi əldə edib".

Bunu "Report"a Avropa İttifaqında (Aİ) yüksək vəzifə sahibi olan mənbə noyabrın 24-də Brüsseldə keçiriləcək "Şərq Tərəfdaşlığı" sammitini şərh edərkən deyib.

Aİ-dən xatırladıblar ki, hazırda Azərbaycan və İttifaq gələcək münasibətlər üçün bazis rolunu oynayacaq yeni əməkdaşlıq sazişi üzrə danışıqlar aparır, həmçinin qarşıdakı sammit çərçivəsində Azərbaycanla Aİ arasında aviasiya sazişi qüvvəyə minə bilər.

Mənbə Aİ-nin "Şərq Tərəfdaşlığı" proqramı ölkələrində həll edilməmiş münaqişələrin olmasına görə narahatlığını ifadə edib və bunun proqram çərçivəsində əməkdaşlığın inkişafına mane olduğunu söyləyib.

"Ümid edirik ki, bu münaqişələr öz həllini tapacaq, bunun üçün beynəlxalq ictimaiyyətin səyləri lazımdır", - Aİ-dən bildiriblər.

Son xəbərlər

Orphus sistemi