Avropa İttifaqı: Azərbaycanla yeni sazişin mətnini gələn ilin may ayınadək razılaşdırmağı düşünürük

Avropa İttifaqı: Azərbaycanla yeni sazişin mətnini gələn ilin may ayınadək razılaşdırmağı düşünürük Bakı. 13 dekabr. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) Azərbaycanla yeni sazişin mətnini gələn ilin Şərq Tərəfdaşlığı proqramının 10 illiyi qeyd ediləcəyi may ayınadək razılaşdırmağı düşünür.
Xarici siyasət
122
13 Dekabr , 2018 15:49
Avropa İttifaqı: Azərbaycanla yeni sazişin mətnini gələn ilin may ayınadək razılaşdırmağı düşünürük
Aİ-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas / Report/ Elshan Baba
0 : 00
0 : 00

Bakı. 13 dekabr. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) Azərbaycanla yeni sazişin mətnini gələn ilin Şərq Tərəfdaşlığı proqramının 10 illiyi qeyd ediləcəyi may ayınadək razılaşdırmağı düşünür.

Bu barədə “Report”un sualına cavab verən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yanskauskas məlumat verib.

Diplomat danışıqların növbəti mərhələsinin bu ayın əvvəlində Bakıda keçirildiyini xatırladıb.

“Çox mühüm irəliləyişə nail olunub, xüsusilə də ticarət sahəsində”, - deyən Aİ rəsmisinin sözlərinə görə, növbəti danışıqların gələn ilin yanvarında keçirilməsi üçün Brüsseldə məqsədyönlü işlər görülür.

“Belə demək olar ki, sənədin mətnini Şərq Tərəfdaşlığının 10 illiyi tədbirlərinədək razılaşdırmağa ümidvarıq ki, bəlkə gələn ilin ortalarında təsdiqlədə bilərik”, - deyə K.Yankauskas qeyd edib.

Son xəbərlər

Orphus sistemi