Avropa Birliyi ilə Azərbaycan arasında viza sadələşdirilməsi və readmissiya razılaşması qüvvəyə minir

Avropa Birliyi ilə Azərbaycan arasında viza sadələşdirilməsi və readmissiya razılaşması qüvvəyə minir Təhsil və biznes üçün Avropaya üz tutan azərbaycanlılar vizanı daha asan əldə edəcək
Xarici siyasət
1 Sentyabr , 2014 17:34
Avropa Birliyi ilə Azərbaycan arasında viza sadələşdirilməsi və readmissiya razılaşması qüvvəyə minir
Bakı. 1 sentyabr. REPORT.AZ/ Bu gündən etibarən Avropa Birliyi ilə Azərbaycan arasında viza sadələşdirilməsi və readmissiya razılaşması qüvvəyə minir.

“Report” xəbər verir ki, əldə edilən razılaşmaya əsasən Avropa ölkələrinə getmək istəyənlər üçün viza şərtləri sadələşdiriləcək.

Xüsusən də təhsil və biznes üçün Avropaya üz tutan azərbaycanlılar vizanı daha asan əldə edəcək, həmçinin rüsum və tələb edilən sənədlərin sayı da azaldılacaq.

Bütün bunlarla yanaşı viza rüsumunda da ucuzlaşma müşahidə ediləcəyi gözlənilir. Böyük Britaniya, Danimarka və İrlandiyadan başqa digər AB ölkələrinə səfər etmək üçün viza almaq istəyən Azərbaycan vətəndaşları 180 gün içərisində 90 gündən çox olmayan qısa müddətli vizanı 60 deyil, 35 Avroya alacaq. Bəzi vətəndaşlar - rəsmi nümayəndələr, 12 yaşından aşağı uşaqlar, təqaüdçülər, araşdırmaçılar və tələbələr bütün rüsumlardan tam azad olacaq. Bundan başqa diplomatik pasport sahiblərinin səyahətlərini vizasız reallaşdıracağı, Avropaya daimi səyahət edənlərin isə daha uzun müddətə yəni 1-5 il müddətinə viza alacağı deyilir.

Eyni sənədi Azərbaycanla yanaşı 12 ölkə də ratifikasiya edib. Azərbaycan bu sənədə 2013-cü ilin noyabrın 29-da Vilnüsdə Aİ "Şərq tərəfdaşlığı” proqramına üzv ölkələrinin III zirvə görüşü çərçivəsində keçirilən rəsmi mərasimdə imza atıb. Sənədi imzalayanlar isə Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, Litva xarici işlər naziri Linas Linkeviçius və Avropa qonşuluq siyasəti üzrə komissarı Stefan Fule olub.

Xatırladaq ki, Ermənistan yanvarın 1-dən, Gürcüstan isə martın 1-dən etibarən bu sazişə qoşulub.

Son xəbərlər

Orphus sistemi