Bakı. 18 mart. REPORT.AZ/ Avronest Parlament Assambleyasının növbəti iclası 21-23 mart tarixlərində Brüsseldə keçiriləcək.
"Report"un məlumatına görə, iclasda Avropa Parlamentinin prezidenti Martin Şultsun, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerininin iştirakçıları salamlaması oxunacaq. Eyni zamanda, martın 23-də qonşuluq siyasəti və genişlənmə üzrə Avropa komissarı Yohannes Han sessiya iştirakçılarına müraciət edəcək.
Sessiya iştirakçıları "Şərq Tərəfdaşlığı" proqramına üzv ölkələr arasında parlamentlərarası əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.