Avronest PA Ermənistanın Laçın yolu ilə bağlı qətnamələrini rədd edib

Avronest PA Ermənistanın Laçın yolu ilə bağlı qətnamələrini rədd edib Avronest Parlament Assambleyası Ermənistanın Laçın yolu ilə bağlı 7 qətnaməsini rədd edib.
Xarici siyasət
22 Fevral , 2023 15:06
Avronest PA Ermənistanın Laçın yolu ilə bağlı qətnamələrini rədd edib

Avronest Parlament Assambleyası Ermənistanın Laçın yolu ilə bağlı 7 qətnaməsini rədd edib.

"Report" xəbər verir ki, Moldovanın paytaxtı Kişineu şəhərində keçirilən Avronest Parlament Assambleyasının 10-cu sessiyası başa çatıb.

Sessiyada Milli Məclisin nümayəndə heyəti iştirak edib.

10-cu sessiyanın yekun sənədinə Ermənistan nümayəndə heyəti tərəfindən 12 dəyişiklik təklif olunmuşdur. Dəyişikliklər “Laçın koridorunun açılması”, “Dağlı Qarabağın blokadan çıxarılması”, “Azərbaycan ordusunun Ermənistan ərazisindən çıxarılması”, “ATƏT Minsk qrupunun aktivləşdirilməsi” kimi çağırışları əhatə edib.

Layihələrin qəbul olunması üçün Ermənistan parlamentinin spikeri və xarici işlər nazirinin müavini Avronest Parlament Assambleyasının iştirakçılarına video müraciət ediblər.

Azərbaycan nümayəndə heyətinin həm iki tərəfli görüşlərdə etdiyi səylər, həm də komitə və plenar iclaslarda çıxışlarda gətirdiyi arqumentlər nəticəsində Ermənistan nümayəndə heyətinin bütün layihələri Assambleya nümayəndələri tərəfindən rədd edilib.

Bu fakt bir daha hər kəsin regionda sülh, qanuni yaşayış və inkişafın tərəfində olduğunu göstərir.

Avronest PA-da Milli Məclisi deputat Tahir Mirkişilinin rəhbərliyi ilə 6 deputat təmsil etmişdir.

Son xəbərlər

Orphus sistemi