Yuxarı
    Bağlamaq

    "Avrobarometr": Azərbaycanlıların əksəriyyəti ölkədə gedən demokratik proseslərdən razıdır

    Sorğu Azərbaycan vətəndaşlarının beynəlxalq təşkilatlara qarşı etimadın nisbətən aşağı səviyyəsini müəyyən edib

    Bakı. 24 sentyabr. REPORT.AZ/ Azərbaycan əhalisi arasında beynəlxalq təşkilatlara aşağı etimad dərəcəsi müşahidə olunur. Bununla belə, əhalinin böyük əksəriyyəti ölkədə gedən demokratik proseslərdən razıdır. "Report" Avropa Qonşuluq Siyasəti (ENPI) informasiya mərkəzinə istinadən xəbər verir ki, 2013-cü ilin payızına olan vəziyyətə görə bu nəticələr "Avrobarometr" sosioloji  bürosunun son sorğusu zaman əldə olunub. 

    Cari ilin may ayında keçirilən 1051 respondentin sorğusunun məlumatlarına görə, azərbaycanlılar beynəlxalq təşkilatlardan ən çox Avropa İttifaqına (36% respondent), BMT-yə (27%) və NATO-ya (25%) etimad edirlər.

    Azərbaycanlıların 42%-i Avropa İttifaqını ölkəsinin ən mühüm tərəfdaşlarından biri hesab edirlər, 46% əhali isə Aİ və Azərbaycanın əməkdaşlığı üçün kifayət qədər ümumi dəyərlərin olmasına əminliklərini bildiriblər. 

    Təxminən 2/3 respondentlər (63%)  Aİ-ni pozitiv (35%) və ya neytral (28%) qəbul edirlər, 13% insanlarda isə Avropa İttifaqı mənfi hisslər oyadır. 

    Sorğuda iştirak edən şəxslərin əksəriyyəti (66%) ümumilikdə həyata nikbin baxır, xüsusilə də məmnunluq dərəcəsi cavan və təhsilli respondentlərdə daha yüksəkdir. 

    Respondentlərin yarısından çoxu (53%) hesab edir ki, Azərbaycan düzgün istiqamətdə inkişaf edir (orta hesabla region üzrə cəmi 19% ilə müqayisədə). 66% insan ölkədə iqtisadi vəziyyətin yaxşı olduğuna əmindirlər, 54% respondent isə onun yaxın ildə yaxşılaşmasına ümid edirlər. 

    Respondentlərin   əksəriyyəti ölkədə gedən demokratik proseslərdən razıdır. Bunu 56% insan bildirib, Şərq əməkdaşlığının digər ölkələrindəki 28%-lə müqayisədə. 

    Sorğu Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Avropa qonşuluğu ölkələrində ictimai rəyin tədqiqi üzrə layihə çərçivəsində aparılıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi