Avro-Atlantik Azərbaycanlıları Tərəfdaşlıq Şurası Belçikanın yeni koalisiya hökumətinə etiraz edib

Avro-Atlantik Azərbaycanlıları Tərəfdaşlıq Şurası Belçikanın yeni koalisiya hökumətinə etiraz edib Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurası (EAPCA) Belçikanın yeni koalisiya hökumətinin qəbul etdiyi sənədə qarşı çıxış edərək bəyanat imzalayıb.
Xarici siyasət
13 fevral 2025 08:05
Avro-Atlantik Azərbaycanlıları Tərəfdaşlıq Şurası Belçikanın yeni koalisiya hökumətinə etiraz edib

Avro-Atlantik Azərbaycanlıları Tərəfdaşlıq Şurası (EAPCA) Belçikanın yeni koalisiya hökumətinin qəbul etdiyi sənədə qarşı çıxış edərək bəyanat imzalayıb.

“Report”un məlumatına görə, qurumun baş katibi Sahil Qasımovun imzaladığı sənəddə qeyd olunur ki, Belçikanın koalisiya hökuməti qəbul etdiyi sənəddə Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi təhrif edilərək “Dağlıq Qarabağ” söz birləşməsindən istifadə edilib.

“Avro-Atlantik coğrafi məkanında fəaliyyət göstərən transmilli lobbi təşkilatı EAPCA Belçikanın 1 fevral 2025-ci ildə yaranmış koalisiya hökumətinə Azərbaycan Respublikasına və Azərbaycan xalqının haqlarına hörmət etməyə çağırır”, - məlumatda bildirilib.

EAPCA hesab edir ki, koalisiya hökumətinin qəbul etdiyi sənəddə ermənilərin Azərbaycana qayıdış məsələsi qabardılaraq qeyd olunduğu halda Ermənistandan məcbur qovulmuş azərbaycanlıların taleyi haqda heç bir söz getmir:

“Avro-Atlantik Azərbaycanlıları Tərəfdaşlıq Şurası Belçikanın yeni yaranmış koalisiya hökumətinə Qərbi azərbaycanlıların haqlarına hörmət etməyi və bu haqların tanınmasını tələb edir. EAPCA tərəfindən qəbul edilmiş bəyanat Belçikanın Baş naziri Bart de Vevere (Bart de Wever), Belçika Federal Parlamentinə və Belçika Senatına göndərilib”.

Son xəbərlər

Orphus sistemi