​ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası dekabrın 3-4-də Belqradda keçiriləcək

​ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası dekabrın 3-4-də Belqradda keçiriləcək Təşkilatda sədrlik Serbiyadan Almaniyaya keçəcək
Xarici siyasət
20 Oktyabr , 2015 09:43
​ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası dekabrın 3-4-də Belqradda keçiriləcək

Bakı. 20 oktyabr. REPORT.AZ/ ATƏT-in Xarici İşlər Nazirləri Şurasının (ATƏT XİNŞ) növbəti iclası dekabrın 3-4-də Serbiyanın paytaxtı Belqradda keçiriləcək. "Report" ATƏT-in mətbuat xidmətinə istinadən xəbər verir ki, builki iclas Serbiya xarici işlər naziri, təşkilatın hazırkı sədri İvitsa Daçiçin dəvəti ilə baş tutacaq.

Toplantıda təşkilata sədrlik Serbiyadan Almaniyaya keçəcək.

Nazirlər Şurası ATƏT-in mərkəzi qərarverici və idarəedici orqanıdır. İldə bir dəfə ATƏT-ə üzv olan 57 ölkənin xarici işlər nazirləri ötən il ərzində təşkilatın fəaliyyətini müzakirə etmək və qiymətləndirmək üçün bir araya gəlir.

Son xəbərlər

Orphus sistemi