ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin Azərbaycana səfəri başlayıb

ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin Azərbaycana səfəri başlayıb Bu gün Kristian Vigenin Milli Məclisdə, Xarici İşlər Nazirliyində bir sıra görüşlər keçirməsi nəzərdə tutulub
Xarici siyasət
27 May , 2016 12:04
ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin Azərbaycana səfəri başlayıb

Bakı. 27 may. REPORT.AZ/ ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin Azərbaycana səfəri başlayıb. 

"Report"un məlumatına görə, xüsusi nümayəndə Bakıya səfər çərçivəsində Azərbaycanla ATƏT Parlament Assambleyası arasında əməkdaşlığın gələcək perspektivlərini, regional məsələləri, eləcə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün aparılan danışıqlarda yaranmış vəziyyəti müzakirə edəcək.

Bu gün K.Vigenin Milli Məclisdə, Xarici İşlər Nazirliyində bir sıra görüşlər keçirməsi nəzərdə tutulub.

Qeyd edək ki, bu, K.Vigeninin ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi kimi Azərbaycana ilk səfəridir. O, Bakıdan əvvəl Yerevan və Tbilisidə səfərdə olub.

K.Vigenin Cənubi Qafqaz regionuna səfəri barədə hesabat hazırlayacaq. Xüsusi nümayəndə bu hesabatı ATƏT PA-nın Tbilisidə keçiriləcək illik sessiyasında təqdim edəcək.

Son xəbərlər

Orphus sistemi