Bakı. 22 yanvar. REPORT.AZ/ Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı ( ATƏT) Parlament Assambleyasının (PA) prezidenti Azərbaycanın istintaq orqanları tərəfindən Mehman Hüseynovun cinayət işinin icraatına xitam verilməsi haqqında qərarı alqışlayır.
"Report" xəbər verir ki, bu barədə ATƏT PA-nın prezidenti Giorgi Tseretelinin bəyanatında bildirilir.
“Hüseynova qarşı yeni ittihamların ləğv olunmasına, mart ayının əvvəlində azadlığa buraxılmasını gözləyə biləcəyinə görə xoşbəxtəm”, - deyə qeyd edən ATƏT PA-nın rəhbəri Mehman Hüseynova qarşı məhkəmə prosesini izlədiyini, Azərbaycan parlamentindəki həmkarları və hökumət nümayəndələrilə görüşlərində bu hadisəyə toxunduğunu, Prezident