Yuxarı

ATƏT PA-nın yeni baş katibi seçilib

İtalyalı deputat Roberto Montella vəzifəsinin icrasına 2016-cı il yanvar ayının 1-dən başlayacaq

Bakı. 6 iyul. REPORT.AZ/ ATƏT Parlament Assambleyasının (ATƏT PA) yeni baş katibi seçilib. "Report" təşkilatın mətbuat xidmətinə istinadən xəbər verir ki, ATƏT PA-nın yeni baş katibi italiyalı deputat Roberto Montella olub. O, bu vəzifəyə qurumun iyulun 5-də Finlandiya paytaxtı Helsinkidə başlayan illik sessiyası zamanı seçilib.

R.Montella vəzifəsinin icrasına 2016-cı il yanvar ayının 1-dən başlayacaq. Hazırkı baş katib Oliver Spenseri 2015-ci ilin sonunda postunu tərk edəcək və onu R.Montella əvəzləyəcək. 

Qeyd edək ki, ATƏT PA baş katibi 5 il müddətinə seçilir. Bir şəxs bu vəzifəyə ardıcıl olaraq yalnız 2 dəfə seçilə bilər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi