ATƏT PA-nın vitse-prezidenti: "Təmas xəttindəki gərginlik bizi narahat edir"

ATƏT PA-nın vitse-prezidenti: "Təmas xəttindəki gərginlik bizi narahat edir" "ATƏT PA-nın prezidenti səhhəti ilə əlaqədar Azərbaycana gələ bilməyib"
Xarici siyasət
25 Yanvar , 2016 12:15
ATƏT PA-nın vitse-prezidenti: Təmas xəttindəki gərginlik bizi narahat edir

Bakı. 25 yanvar. REPORT.AZ/ "ATƏT-in Parlament Assambleyasının prezidenti İllka Kanervanın sağlamlığında son anda problem yarandığından o, Azərbaycana gələ bilməyib".

"Report"un məlumatına görə, bu sözləri Bakıda səfərdə olan ATƏT PA-nın vitse prezidenti Georgi Tsereteli deyib.

"Amma Azərbaycana tərkibinə iki vitse-prezident və strukturunun digər üzvləri daxil olan ATƏT PA-nın nümayəndə heyəti gəlib", - deyə o bildirib.

Onun sözlərinə görə, səfər zamanı ölkənin və regionun ən mühüm məsələləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq: "Təmas xəttindəki gərginlik bizi narahat edir. Hesab edirik ki, problemin həlli ATƏT-in Minsk qrupudur və onların səylərini dəstəkləyirik".

G.Tsereteli qeyd edib ki, münaqişənin müzakirəsi ilə yanaşı, Azərbaycanın demokratik inkişafı məsələsi də müzakirə olunacaq: "Bildiyiniz kimi, ATƏT ölkədə keçirilən seçkiləri monitorinq edən ən mühüm orqandır. Biz gələcək əməkdaşlığa ümid edirik".

O, bildirib ki, nümayəndə heyəti artıq səhər Prezident İlham Əliyevlə görüşüb və yuxarıda sadalanan məsələləri müzakirə edib.

Son xəbərlər

Orphus sistemi