Yuxarı

ATƏT PA-nın sessiyası fevralın sonunda Vyanada keçiriləcək

Sessiyanın gündəliyinə salınan əsas məsələlər ATƏT məkanında miqrant və qaçqınların böhranı, Ukraynadakı vəziyyətdir

Bakı. 17 fevral. REPORT.AZ/ ATƏT-in Parlament Assambleyasının (PA) növbəti sessiyası fevralın 25-26-da Vyanadakı "Hofburq" sarayının konqres mərkəzində keçiriləcək.

"Report" ATƏT PA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, sessiyanın işində ATƏT-ə üzv olan ölkələrdən təxminən 300 deputat iştirak edəcək.

Sessiyanın gündəliyində müzakirə olunacaq əsas məsələlər ATƏT məkanında miqrant və qaçqınların böhranı, Ukraynadakı vəziyyət, eləcə də bu il 1-5 iyul tarixlərində Tbilisidə keçirləcək ATƏT PA-nın illik sessiyasına hazırlıq olacaq.

Qeyd edək ki, Vyanada ATƏT PA-nın üç əsas komitəsinin - siyasi məsələlər komitəsinin, iqtisadiyyat, elm, texnologiya və ətraf mühit komitəsinin, eləcə də insan haqları və humanitar məsələlər komitəsinin iclası keçiriləcək. Deputatlar komitələr çərçivəsində terrorizmə qarşı mübarizə, miqrant böhranının iqtisadi nəticələri, eləcə də miqrantların və qaçqınların hüquqları məsələlərini müzakirə edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi